FIFA prezidenti Canni İnfantino ABŞ-ın Hollandiyaya 2:0 hesabı ilə qalib gəldiyi qadınlar arasında dünya çempionatının final oyununda isti qarşılanmayıb.
İsveçrəli funksioner meydana daxil olduqda azarkeşlər onu fitə basıblar. Fanatlar qadın və kişi futbolundakı əməkhaqqı uçurumuna qarşı çıxaraq "Bərabər maaş" şüarını səsləndiriblər.
Qeyd edək ki, ABŞ bu qələbə sayəsində dünya çempionu titulunu qoruyub.