"Qarabağ" klubundan ayrılan Reynaldonun yeni klubu bəlli olub. 

Offsideplus.az xəbər verir ki, braziliyalı hücumçu karyerasını Qazaxıstan "Irtış"ında davam etdirəcək. Bu barədə Qazaxıstan Premyer Liqası təmsilçisinin saytı məlumat yayıb. Onunla imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Reynaldo qış fasiləsindən sonra "Qarabağ"ın heyətində cəmi 3 oyun keçirib və 1 qol vurub. O, bundan əvvəl "Aktobe" klubunda oynayıb.