Qazaxıstanın vesti.kz saytı  qış transfer dönəmində ölkəni tərk edən ən yaxşı 10 futbolçunun siyahısını dərc edib. 

Offsideplus.az xəbər verir ki, "TOP-10"da  "Qarabağ"a qayıdan Riçard Almeyda və  Reynaldo da yer alıb.

 Həmkarlarımız "Aktobe"dən Ağdam təmsilçisinə  transfer olan Reynaldo haqda bunları yazıb: "Reynaldo yaxşı futbolçudur. Onun komandaya şübhəsiz faydası var idi. 30 oyunda 7 qol vurdu, 3  qolun ötürməsini verdi. Ancaq klub onun "Qarabağ"a qayıtmaq istəyinə mane olmadı. O,2013-2017-ci illərdə  də bu klubda çıxış edirdi. Futbolçuya yaxın mənbənin  məlumatına görə,Reynaldo "Qarabağ"la "Aktobe"dəkindən az maaşa razılaşıb. Onun Azərbaycanda təkrar oynamaq  istəməyi  maliyyə məsələsindən üstün olub".

Yazıda Almeydanın  isə  özünü "Astana"da getdikcə yaxşı tərəfdən göstərməyə başladığı vurğulanıb: "Ancaq "Astana" ona görə komanda deyildi. O, daha çox kombinasiyalı futbolu sevir. Bu mənada "Kayrat" və ya "Aktobe"yə daha uyğun gələrdi. Nəticədə Almeyda "Qarabağ"a icarəyə verildi".(qol.az)