"Mançester Yunayted" və "Real"ın sabiq baş məşqçisi Joze Mourinyo cəriməni ödəməyə razılıq verib.
Offsideplus.az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis İspaniya hökumətinə vergidən yayındığı üçün təzminat ödəyəcək.
Məsələ burasındadı ki, məhkəmə ona 1 illik həbs cəzası kəsib. Lakin cəza 2 ildən az olduğu üçün mütəxəssis bunu pul cəriməsi ilə bitirmiş olacaq. Mourinyo İspaniya hökumətinə 2,2 milyon avro ödəməklə cəzasını çəkəcək.
Qeyd edək ki, Joze Mourinyo 2010-2013-cü illərdə "Real"a rəhbərlik etdiyi dövrdə vergidən yayınmaqda ittiham edilirdi.