Azərbaycan millisinin sabiq baş məşqçisi Berti Foqtsun işsiz günləri başa çatıb.
Offsideplus.az-ın Almaniya mətbuatına istinadən məlumatına görə, təcrübəli mütəxəssis bundan sonra ölkəsində fəaliyyət göstərəcək.
Belə ki, Foqts Almaniya Futbol Səfirliyində münsiflər heyətinə üzv seçilib. 73 yaşlı mütəxəssis Almaniya Futbol Birliyinin sosial layihələrinə dəstək verəcək. Bir neçə üzvdən ibarət olan qurum bir çox məsələlərdə söz sahibidi.
Qeyd edək ki, Berti Foqts 2008-2014-cü illərdə Azərbaycan millisini çalışdırıb.