Yığmamızın üzvü Riçard Almeydanın çıxış etdiyi “Astana” klubunun prezidenti Sayan Hamitcanov vəzifəsindən gedib. 

Offsideplus.az xəbər verir ki, bu barədə Qazaxıstan təmsilçisinin rəsmi saytı xəbər yayıb. S. Hamitcanovun müqaviləsi başa çatdığı üçün paytaxt klubundan ayrılıb.

Artıq “Astana”nın yeni prezidentinin kimliyi də müəyyənləşib. “KazFootball.kz” saytının yazdığına görə, bu vəzifə klubun baş direktoru Askar Batalova həvalə olunacaq.