Yunanıstan çempionatının oyunları qeyri-müəyyən tarixə kimi təxirə salınıb.
Offsideplus.az xəbər verir ki, buna səbəb hakimlərin tətil elan etməsidir. Yerli referilər ötən həftə həmkarları Atanasios Tsilosun evinin qarşısında maskalı şəxslər tərəfindən döyülməsinə etiraz əlaməti olaraq, oyunlara çıxmaqdan imtina ediblər. Hakimlərin birgə yaydığı bəyanatda bildirilib ki, onlar bu yolla baş vermiş hadisəyə öz qəzəblərini nümayiş etdirirlər. Tətilin ən az 2 həftə davam edəcəyi qeyd olunub.
Qeyd edək ki, A. Tsilosun döyülməsi son 9 ildə Yunanıstanda hakimlərə qarşı 27-ci belə hadisədir.