Argentina millisinin sabiq baş məşqçisi Xorxe Sampaolinin yeni klubu məlum olub.

Offsideplus.az xəbər verir ki, 58 yaşlı mütəxəssis Braziliyanın “Santos” klubunu çalışdıracaq. Klubdan edilən açıqlamada, Sampaoliylə həftəsonu rəsmi müqavilənin imzalanacağı bildirilib.
Xatırladaq ki, Sampaoli DÇ-2018-dəki uğursuz çıxışdan sonra Argentina millisinin baş məşqçi vəzifəsindən istefaya göndərilmişdi.