"Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Azərbaycan millisinin ardından AFFA İcraiyyə Komitəsinin üzvlüyündən də istefa verməyi qərara alıb.
Offsideplus.az xəbər verir ki, bu barədə 46 yaşlı mütəxəssisin özü bildirib. O deyib ki, komitə üzvləri qarşısında məsələ qaldırsa da, qalmasını istəyiblər.
Lakin Qurbanov bütün diqqətini klubuna yönəldəcəyini vurğulayıb.(qol.az)