Veteran futbolçu Vadim Popovun ailəsində faciə baş verib. 

Offsideplus.az xəbər verir ki, tanınmış müdafiəçinin evi yanıb və həyat yoldaşı həlak olub.

Bu barədə məlumatı "Yenisey" klubunun tvitter səhifəsi yayıb.

Popovun bütün sənədləri də evlə birlikdə yanaraq kül olub. Sabiq oyunçu özü yanğının içindən sağ çıxmağa müvəffəq olsa da, bədənində müxtəlif yanıqlar olub. "Yenisey" klubu isə ona yardım çağırışı edib və bacısının bank hesabını yayıb.

Qeyd edək ki, Vadim Popovun futbolçu karyerası 1976-1998-ci illəri əhatə edib.