"Qarabağ"ın sabiq futbolçusu Reynaldo yenidən klubsuz qalıb.
Offsideplus.az xəbər verir ki, braziliyalı vinger yeni transfer olduğu Slovakiyanın "Spartak" klubundan ayrılıb. Buna səbəb isə 28 yaşlı futbolçunun yeni təklif alması olub. Reynaldo aldığı təklifdən sonra Trnava təmsilçisindən ayrılmağı qərar verib. O, məsələ ilə bağlı bunları deyib:
"Klub rəhbərliyinə, menecerimizə və məşqçimizə mənə inandığı üçün təşəkkür edirəm. Başqa təklif var idi və ailəm ilə məsləhətləşdikdən onu qəbul etməyə qərar verdik. Düşünürəm ki, bu təklif məni daha da gücləndirəcək. Gedişimə razılıq verən klub rəhbərliyinə minnətdaram. Ümid edirəm ki, "Spartak" möhtəşəm mövsüm keçirəcək".
28 yaşlı futbolçunun hansı klubdan təklif aldığı isə bəlli deyil.
Qeyd edək ki, Reynaldo 2013/2017-ci illədrdə "Qarabağ"da çıxış edib. Türkiyə "Adanaspor"undan ayrılandan sonra Kiprin "Anortosis" klubuna keçidi baş tutmadığı üçün Slovakiya komandasına keçməli olmuşdu. Lakin Reynaldonun Slovakiya macərası 3 həftə çəkdi.