"Napoli" - "Qarabağ" görüşünün (2:0) ən yaxşı oyunçusu seçilən Skott Maktominey matçı dəyərləndirib.

Offsideplus.az xəbər verir ki, şotlandiyalı futbolçu daha çox qol vurmalı olduqlarını düşünür:

"Qarabağ"a daha çox qol vurmalı idik. Komandama kömək etmək üçün əlimdən gələni edirəm. Baş məşqçimizin məndən gözləntiləri böyükdür. Çempionlar liqasının əsas mərhələsində növbəti qələbəmizi qazandıq".

Qeyd edək ki, Maktominey görüşdə əvvəlcə hesabı açıb. Daha sonra isə onun zərbəsi Marko Yankoviçə dəyərək qapıya daxil olub və hesab arasındakı fərq artıb.