“Bavariya”nın aparıcı futbolçuları Tomas Müller, Mats Hummels, Aryen Robben və Frank Riberi komandanın baş məşqçisi Niko Kovaçın işindən narazıdır.
Offsideplus.az “Kicker” nəşrinə istinadən xəbər verir ki, sözügedən oyunçuların xorvatiyalı mütəxəssisi ciddiyə almadıqları iddia olunur. Hətta onların komanda daxilində qruplaşma yaratdıqları və gənc çalışdırıcıya qarşı çıxdıqları bildirilir.
Qeyd edək ki, bir müddət öncə Müllerin arvadı həyat yoldaşını ehtiyatda saxladığı üçün Kovaçı tənqid etmişdi. Ancaq o, sonradan baş məşqçidən üzr istəmişdi.