"Ayntraxt"ın futbolçusu Omar Marmuş karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, bu barədə məlumatı "Kicker" yayıb.
Mənbəyə görə, 25 yaşlı forvard "Barselona"nın maraq dairəsindədir. Misirli hücumçu Levandovskinin alternativi olaraq görülür. Tərəflərin yanvar ayında danışıqlara başlayacağı bildirilir.
Sözügedən oyunçu cari mövsüm komandası ilə Bundesliqada 10 rəsmi matçda 11 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.