“Nürnberq”in baş məşqçisi Miroslav Kloze komandasının forvardı Mahir Emrelinin "Hamburq"la matçdakı çıxışını deyərləndirib.
Offsideplus.az xəbər verir ki, məlumatı "Bild" yayıb. Təcrübəli mütəxəssis bunları söyləyib:
"Məncə, Emreli o qədər də yaxşı çıxış etmədi. O, topla kifayət qədər hərəkətlilik göstərmədi və istənilən səviyyədə çevik olmadı".
Xatırladaq ki, Mahir bu görüşdə komandasını məğlubiyyətdən xilas edən qolun müəllifi olub.