Almaniya Bundesliqasında yeni rekord müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, buna "Bayer"in futbolçusu Florian Virts imza atıb. O, yarışın 18-ci turunda "Hoffenhaym"la görüşdə meydana çıxmaqla Bundesliqada oynadığı matçların sayını 50-yə çatdırıb. Bununla da adıçəkilən yarımmüdafiəçi turnirdə 50 matç keçirən ən gənc futbolçu olub.

Virts 18 yaş 7 ay 12 günlüyündə 50 oyun səddinə çatıb.