“Bavariya”nın ötən mövsümdəki gəliri açıqlanıb.

Offsideplus.az klubun saytına istinadən yaydığı xəbərə görə, Münhen təmsilçisi ümumilikdə 657 milyon avro gəlir qazanc əldə edib. Bundesliqanın son çempionu 2016/2017 mövsümü ilə müqayisədə 136 milyon avro daha çox gəlir götürüb ki, bu da klubun yeni maliyyə rekordudur.