"Fənərbağça" amerikalı basketbolçusu Skotti Vilbekini komandada saxlayacaq.

Offsideplus.az xəbər verir ki, onunla yeni müqavilə imzalanacaq. Bu barədə "Sportando" portalı məlumat yayıb.

Vilbekin cari mövsüm cəmi 3 dəqiqə "sarı-lacıvərdlilər"ə kömək edə bilib. O, ACL zədəsinə görə mövsümü boşa verib.

32 yaşlı oyun qurucu 2022-ci ildən İstanbul təmsilçisində çıxış edir. Onun Türkiyə vətəndaşlığı da var.

Əlavə edək ki, "Fənərbağça" 2 gün öncə Avroliqada çempion olub.