Azərbaycanın kişilərdən ibarət basketbol üzrə milli komandasının Dünya çempionatı-2027-nin seçmə mərhələsi üçün yekun heyəti açıqlanıb.

Offsideplus.az xəbər verir ki, Kosovo və İrlandiya yığmaları ilə görüşdə Tahir Baxşıyevin sərəncamında 12 basketbolçu olacaq.

Bunlar Amil Həmzəyev, Endar Poladxanlı, Kamran Məmmədov, Əkbər Məmmədov, Elşad Şirzadov, Şirzad Şirzadov, Donta Hol, Saadettin Donat, Cəbrayıl Əkbərov, Orxan Aydın, Ercan Donat və Ulaş Turqutdur.

Milli komandamız fevralın 20-də səfərdə Kosovo ilə qüvvəsini sınayacaq. Bundan 3 gün sonra basketbolçularımız doğma azarkeşlər önündə İrlandiya ilə mübarizə aparacaq.