"Sabah" klubunun basketbolçuları Artyoms Butyankovs və Klavs Kavars Latviya yığmasına, Andrey Voynaloviç isə Ukrayna millisinin düşərgəsinə dəvət alıblar.
Offsideplus.az xəbər verir ki, onlar noyabrın 22-dən 25-dək keçiriləcək Avropa çempionatının təsnifat oyunlarında iştirak edəcəklər. Latviya millisi Belçika, Ukrayna isə İsrail yığması ilə mübarizə aparacaq.