Azərbaycanı futzal üzrə Çempionlar Liqasında təmsil edəcək “Araz” oyunçularının ilkin siyahısını UEFA-ya göndərib.
Offsideplus.az Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Joze Alesio Da Silva siyahıya 16 futzalçının adını daxil edib. Onlardan 3-ü qapıçıdır:
Qapıçılar: 12. Rövşən Hüseynli, 1. Emin Kürdov, 16. Vladislav Reznov
Oyunçular: 17. İsa Atayev, 11. Xətai Bağırov, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev, 15. Adəm Həbibov, 19. Samir Həmzəyev, 3. Ruzigar İbrahimzadə, 14. Elşən İbramxəlilov, 2. Adil İsmayılov, 10. Nihad İsmayılov, 20. Kənan Manafov, 13. Emin Mikayılov, 9. Oktay Rüstəmli
Əsas qrup mərhələsində "Araz" Slovakiyada meydan sahibləri ilə yanaşı, Litva və Malta çempionuna qarşı mübarizə aparacaq. Oktyabrın 3-də rəqib Litvanın "Vıtis", oktyabrın 4-də Maltanın "Valletta", oktyabrın 6-da isə Slovakiyanın "Luçenets" komandaları olacaq. İlk iki oyun Bakı vaxtı ilə saat 17:30-da, sonuncu saat 20:00-da başlayacaq.