Basketbol üzrə Avropa Liqasının final matçı keçirilib.
Offsideplus.az xəbər verir ki, həlledici görüşdə Türkiyənin "Anadolu Efes" və İspaniyanın "Barselona" komandaları üz-üzə gəliblər.
Qarşılaşma 86-81 hesabı ilə Türkiyə təmsilçisinin xeyrinə başa çatıb.
Bununla da "Anadolu Efes" qardaş ölkədə "Fənərbağça"dan sonra bu titula yiyələnən ikinci klub olub.