"Anadolu Efes"in baş məşqçisi Pablo Laso yeni mövsüm öncəsi komandasının vəziyyəti və hədəfləri barədə danışıb.
Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis bildirib ki, hazırda komanda Mayk Ceymsin ətrafında formalaşır və amerikalı ulduzun rolu xüsusi əhəmiyyət kəsb edir.
Laso komandanın yay hazırlıq planından, milli komandada çıxış edən oyunçuların durumundan və heyətə yeni qoşulan yaradıcı basketbolçuların əhəmiyyətindən söz açıb. O vurğulayıb ki, ötən mövsümün problemlərini təhlil edərək, yaradıcı oyunçuların sayını artırmaq qərarına gəliblər.
"Mayk Ceyms hazırda Avroliqanın ən məhsuldar oyunçusudur və komandanın lideridir. Məncə, yalnız Mayk Ceyms özü özünü dayandıra bilər", – deyə Laso bildirib.
Baş məşqçi həmçinin əlavə edib ki, yeni mövsümdə "Anadolu Efes" daha çevik və yaradıcı basketbol nümayiş etdirmək niyyətindədir.


