Braziliyanın “Kruzeyro” klubunun yarım müdafiəçisi 35 yaşlı Henrike Volante avtomobil qəzasına düşüb.

Offsideplus.az xəbər verir ki, hadisə Belu-Orizonti bölgəsində yerləşən Brumadinyu bələdiyyəsi ərazisində qeydə alınıb. 

35 yaşlı futbolçu idarə etdiyi “Land Rover” markalı avtomobillə hərəkətdə olarkən, “Casa Branca” dağlıq yolunda sükan idarəetməsini itirərək təxminən 200 metrlik hündürlükdən uçuruma yuvarlanıb. Qəza nəticəsində yarım müdafiəçisi müxtəlif dərəcəli bədən xəsarətləri ilə “Mater Dei” xəstəxanasına çatdırılıb.