Türk əsilli gənc ulduz milli komanda seçimini Türkiyədən yana istifadə etdi.

Offsideplus.az xəbər verir ki, "Portu"nun futbolçusu Deniz Gül "ay-ulduzlu" formanı geyinməyi üstün tutub. Bu barədə "Sport Bladet" məlumat yayıb.

Oyunçu indiyə qədər İsveç yığmasının aşağı yaş qruplarında çıxış edirdi. İsveç U-21 baş məşqçisi Daniel Bakström də yayılan xəbərlər haqqında açıqlama verib və iddiaların doğru olduğunu təsdiqləyib.

Deniz Gül 2024/25 mövsümündə Portuqaliya klubunun heyətində 5 matçda meydana çıxıb və 2 qola imza atıb.