Qrossmeysterimiz Şəhriyar Məmmədyarov BƏƏ-nin “Sharjah Chess” klubunun təşkil etdiyi şahmatın rapid növündə onlayn turnirin qalibi olub.

Offsideplus.az xəbər verir ki, 35 yaşlı qrossmeyter 7,5 xalla bütün rəqiblərini qabaqlayıb.

Yarışın mükafat fondu 10 min dollar təşkil edirdi.