Yunanıstanlı futbolçu Anastasios Papazoqlu "Zirə"dən ayrılma səbəbini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, yunan oyunçui "Report"a müsahibəsində ayrılıqda baş məşqçi ilə olan probleminin rol oynadığını bildirib:

"Yeni baş məşqçi təyin olunandan sonra mühit dəyişdi. Komandada faktiki rolum yox idi. Əsas komandadan kənarlaşdırıldım və yalnız əvəvedicilərlə məşq etməyə məcbur oldum. Yenidən heyətə qayıtmaq üçün mübarizə aparmalı idim. Həmin vaxt "Zirə"dən ayrılmaq istəmirdim, amma klubun bütün qərarlarına əməl etməli idim. Kluba hörmətim var. Komanda ilə bağlı təəssüratlarım yaxşı olaraq qalacaq. Problem başqa bir yerdədir. Sevinirəm ki, ilk bir neçə ayda diqqətəlayiq insan və baş məşqçi Samir Abasovla işləmək şansım oldu. Keçmişdə Ernesto Valverde, Leonardu Jardim, Mirça Luçesku kimi böyük baş məşqçilərlə işləmişəm. Peşəkar futbolçu olaraq Zaur Həşimova və qərarlarına hər zaman hörmət edirəm. O, ilk dəfə "Zirə"də baş məşqçi kimi işləyir. Mənə qarşı fərdi davranışının heç də ədalətli olmadığını gözardı edə bilmirəm. Bu cür qeyri-bərabər rəftarı qanuni səbəblərlə əsaslandırılmadığı üçün məyusam. Səhv etdiyimə dair hansısa izahat verilmədi. Komandada heç kiminlə problem yaşamadım, hər kəslə yaxşı münasibətim var. Eyni zamanda yaxşı dostlar qazandım. Görünən odur ki, yalnız baş məşqçi ilə problemim olub. Aydın görünür ki, mənə şans vermək istəmirdi."

Qeyd edək ki, "Zirə"nin baş məşqçisi Zaur Həşimov yunanıstanlı futbolçunun fikilərinə münasibət bildirmək istəmədiyini söyləyib.