Azərbaycan Premyer Liqasının bu həftə keçiriləcək 11-ci turunda “Zirə” “Neftçi” ilə qarşılaşacaq.

Offsideplus.az xəbər verir ki, bu görüş komandaların çempionatda 14-cü görüşü olacaq.

İlk dəfə 2015/16 mövsümündə üz-üzə gələn rəqiblərin duellərində üstünlük zirəlilərin tərəfindədir. “Zirə” əvvəlki 13 matçdan 8-də qalib gəlib. 3 dəfə heç-heçə edən komanda yalnız son iki görüşdə uduzub.
Rəqib qapısından 16 top keçirən qəsəbə təmsilçisi 9 qol buraxıb. “Qartallar” “Neftçi” ilə səfər matçlarında daha yaxşı çıxış edir. 7-ci dəfə rəqibinin qonağı olacaq komanda əvvəlki 6 matçda uduzmayıb. Səfərdə 3 qələbə qazanan “Zirə” eyni sayda heç-heçə edib. Rəqib meydanında 7 qola sevinən mavi-qırmızılar 4 top buraxıb.
2015/16 mövsümü
03.10.2015. Premyer Liqa. Zirə - Neftçi - 2:0
İqor İvanoviç, 19; Nelson Bonilla, 71

06.12.2015. Premyer Liqa. Neftçi - Zirə - 1:1
Ruslan Qurbanov, 10 - Luis Alberto Diez, 4

27.02.2016. Premyer Liqa. Zirə - Neftçi - 3:0
Nelson Bonilla, 24; Luis Alberto Diez, 88, 90+3

23.04.2016. Premyer Liqa. Neftçi - Zirə - 0:0

2016/17 mövsümü
14.08.2016. Premyer Liqa. Neftçi - Zirə - 0:1
Vüqar Mustafayev, 43

16.10.2016. Premyer Liqa. Zirə - Neftçi - 2:0
Yovan Krneta, 43 (p.); Adil Nağıyev, 50

05.03.2017. Premyer Liqa. Neftçi - Zirə - 1:2
Daniel Seqovia, 60 (p.) - Georgi Navalovski, 62 (ö.q.); Milan Duriç, 79

23.04.2017. Premyer Liqa. Zirə - Neftçi - +:-

2017/18 mövsümü

16.09.2017. Premyer Liqa. Neftçi - Zirə - 1:2
Uqo Barqas, 54 - Vüsal İsgəndərli, 17; Riçard Qadze, 53

05.11.2017. Premyer Liqa. Zirə - Neftçi - 1:0
Riçard Qadze, 30

24.02.2018. Premyer Liqa. Neftçi - Zirə - 1:1
İqnasio Herrera, 22 - Comal Evans Uilyams, 30

15.04.2018. Premyer Liqa. Zirə - Neftçi - 0:3
Rəhman Hacıyev, 10-p.; İqnasio Herrera, 90+1; Rəşad Sadiqov, 90+5

2018/19 mövsümü

22.09.2017. Premyer Liqa. Zirə - Neftçi - 1:2
Dilan Duventru, 33 - Mirabdulla Abbasov, 6; Qoran Paratski, 52