"Zirə" və "Səbail"in futbolçuları Aleksandr Dedovla Yevgeni Koçuk Moldova millisinə dəvət alıb. 

Offsideplus.az xəbər verir ki, hər iki hücumçu UEFA Millətlər Liqasında San Marino və Lüksemburqla keçirəcəyi oyunlara çağırılıb. Bu görüşlər noyabrın 15-də səfərdə və bundan 3 gün sonra Kişinyovda keçiriləcək.