Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev Türkiyənin Antalya bölgəsindəki yoldaşlıq görüşü zamanı Moldova yığmasının baş məşqçisi Spiridona etiraz edib.

Offsideplus.az xəbər verir ki, 32 yaşlı qapıçı təcrübəli mütəxəssisin oyunun əsas vaxtına əlavə olunmuş dəqiqədə dəyişiklik etməsindən narazı qalıb. Ağayev "bu lap dəhşətdir e, sən öl" deyə qışqırıb. 

Qeyd edək ki, görüş qolsuz tamamlanıb - 0:0. 

rekord.az