Keşlə baş məşqçisi Mladen Milinkoviçlə yollarını ayırıb.

Offsideplus.az klubun rəsmi saytına istinadənxəbər verir ki, klub rəhbərliyi ilə serbiyalı mütəxəssis arasında qarşılıqlı razılışma əsasında müqaviləyə xitam verilib.

Qeyd edək ki, bu, son 3 ayda “Keşlə”də ikinci baş məşqçi dəyişikliyidir. Buna qədər komandaya ukraynalı Yuri Maksimov başçılıq edirdi.