"Milli və klubda hər şey fərqli ola bilər. Hadisələrin necə inkişaf edəcəyinə baxacağıq”. 

Offsideplus.az xəbər verir ki, bu sözləri millimizin futbolçusu Ramil Şeydayev deyib. Yığmamızın Antalyadakı təlim-məşq toplanışı çərçivəsində sabah Moldova millisi ilə yoxlama oyunu öncəsi deyib.

"Qurban Qurbanovun rəhbərliyi altında ilk oyunumuza çıxacağıq. Bizim üçün asan matç olmayacaq”. Mərkəz hücumçusu millimizin Millətlər Liqasındakı rəqiblərini dəyərləndirib: "Millətlər liqasında maraqlı qrupa düşmüşük və futbolçularla bu haqda danışmışıq. Qrupdan çıxmaq gücümüz var və əlimizdən gələni edəcəyik. Ümid edirəm ki, qrupdan çıxacağıq. Bunun əksini isə düşünmək istəmirəm” - deyə o bildirib.

R.Şeydayev bundan əvvəl U-21 yığmamızın təlim-məşq toplanışında iştirakı ilə bağlı da danışıb. O, klubunda komanda yoldaşı olduğu Rəşad Sadıqovun rəhbərliyi altında çıxış etməsi barədə bunları söyləyib: "Bu, futbolda normal haldır. Belə vəziyyətlərdə subardinasiyanı gözləmək lazımdır. İndiki vəziyyətdə daha çox oynamaq vacibdir. U-21-də və "Qarabağ”da oynamışam, ola bilər ki, sabah Moldovaya qarşı oyunda da meydanda olum”.

R.Şeydayev klubdakı vəziyyəti barəsində də danışıb: "Dino Ndlovunun yoxluğunda necə olacağına baxarıq. Görək, baş məşqçimiz nə qərar verəcək. Çempionat başlayandan sonra bu suala aydınlıq gələcək”.