Futbol üzrə Yunanıstan milli komandasının yeni baş məşqçisi məlum olub. 

Offsideplus.az xəbər verir ki, dünən almaniyalı mütəxəssis Mixael Skibbe ilə yolları ayıran Yunanıstan Futbol Federasiyası millini yerli mütəxəssislərdən Angelos Anastasiadisə tapşırıb. Tərəflər 1 illik müqavilə imzalayıblar.

Qeyd edək ki, Skibbe 2015-ci ilin oktyabrından Yunanıstan millisini çalışdırırdı. 53 yaşlı alman mütəxəssis komandanın son oyunlardakı uğursuz nəticələri səbəbindən istefaya göndərilib.