Neftçi klubunun futbolçusu Ruslan Abışovun son durumu bəlli olub.

Offsidpelus.az xəbər verir ki, zədə üzündən komandadan ayrı düşən 31 yaşlı müdafiəçi hazırda Almaniyadadır. Paytaxt klubunun kapitanı əməliyyatdan sonrakı bərpa prosesini bu ölkədə keçir.

Qeyd edək ki, Ruslan Avropa Liqasının I təsnifat mərhələsinin Uypeşt-lə cavab oyununda zədələnib.