17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsindəki oyunlarının başlama vaxtı açıqlanıb. 

Offsideplus.az xəbər verir ki, Albaniyada keçiriləcək VIII qrupun görüşləri oktyabrın 23-də başlayacaq.

Ramin Quliyevin yetirmələri ilk matçda Norveç, ardınca Çexiya ilə görüşəcək. Komandamız son turda meydan sahibləri ilə üz-üzə gələcək.

 

U-17-lər arasında Avropa çempionatının seçmə mərhələsi

VIII qrup

I tur, 23 oktyabr

14:00. Azərbaycan – Norveç

Luşnya. Roza Haciu stadionu

II tur, 26 oktyabr

14.00. Azərbaycan - Çexiya

Luşnya. Roza Haciu stadionu

III tur, 29 oktyabr

17:00. Albaniya – Azərbaycan

Elbasan. “Elbasan Arena”

Qeyd edək ki, seçmə mərhələnin 13 qrupunun hərəsindən iki komanda, həmçinin 3-cü yer sahibləri arasında ən yaxşı nəticəyə malik 4 yığma elit-raunda yüksələcək.