Avropa ölkələrinin milli komandalarında ən çox qol vuran futbolçuların siyahısında dəyişiklik baş verib.

Offsideplus.az xəbər verir ki, Bosniya və Herseqovina yığmasının futbolçusu Edin Dzeko ilk “onluğ”a daxil olub.

Şimali İrlandiya ilə Millətlər Liqasının oyununda dubl müəllifi olan 32 yaşlı hücumçu qol sayını 55-ə çatdırıb. Edin bu göstəricidə çexiyalı Yan Koller və polşalı Robert Levandovskiyə şərik olub.

Bu “üçlük” Avropa bombardirlərinin siyahısında 10-cu yeri bölüşür.

Avropa ölkələrinin ən məhsuldar milli oyunçusu portuqaliyalı Kriştianu Ronaldonun hesabında 85 qol var.

Qeyd edək ki, Azərbaycan yığmasının bombardiri Qurban Qurbanov isə 14 dəfə fərqlənib. (Matç.az)