"Qəbələ" klubunda Roman Qriqroçukla yollar ayrıla bilər.

Offsideplus.az azerifutbol.com-a istinadən xəbər verir ki, Qriqorçuk Qazaxıstanın top klubu olan "Astana"dan sərfəli təklif alıb. O, Qazaxıstanda Azərbaycanda qazandığının 2 qatını qazanacaq. Artıq "Astana" futbolçularına da 2-ci dövrə yeni məşqçinin gəlişi haqqında məlumat verilib. Astananın indiki çalışdırcısı Stanimir Stoylov isə bundan sonra Qazaxıstan millisinə başçılıq edəcək.

Əvəzində, yaxşı tanıdığımız Kaxaber Sxadadze Qəbələni çalışdırıcaq. Gürcü mütəxəssis boş yerə Antalyaya gəlməyib. Özü də, Sxadadze klublarımızın və Azərbaycanın U-21 komandasının oyunlarında da görünüb. Qəbələnin qış transfer pəncərəsində legioner almaması da məhz bu yaxınlarda baş tutacaq məşqçi dəyişikliyi ilə bağlıdır.

Fevral ayının 10-da Qəbələni Qarabağ ilə oyuna məhz Kaxaber Sxadadze çıxardacaq.