Azərbaycan Premyer Liqasının VIII turunun oyun proqramında dəyişiklik edilib.

Offsideplus.az xəbər verir ki, Sumqayıt-ın rəsmi məktubuna əsasən, Sabah-la görüşün yerinin dəyişdirilməsinə qərar verilib. Belə ki, matç əvvəlcədən nəzərdə tutulduğu kimi "Bayıl Arena”da yox, "Dalğa Arena”da keçiriləcək.
Qeyd edək ki, sözügedən qarşılaşma oktyabrın 21-i saat 17:00-da başlayacaq.