UEFA Millətlər Liqasının 4-cü turunda bu gün Malta ilə keçirilən görüşdən sonra millimizin üzvü Mahir Mədətov ağlayıb. 

Offsideplus.az xəbər verir ki, bunu oyundan sonra keçirilən mətbuat konfransında millimizin baş məşqçisi Qurban Qurbanov deyib.

O, bir neçə epizodda qol imkanından istifadə edə bilməyən gənc hücumçunun paltardəyişmə otağında ağladığını bildirib.