UEFA Millətlər Liqasında keçirilən Ermənistan - Cəbəllütariq oyunundan sonra erməni futbolçular mətbuata açıqlamalarla çıxış ediblər. 

Offsideplus.az xəbər verir ki, Ermənistan millisinin aparıcı oyunçularından olan Yura Movsisyan “cırtdan” rəqibə məğlub olduqları oyunu şərh edib. Karyerasını ABŞ-ın “Çikaqo Fayr” klubunda davam etdirən hücumçu belə deyib:

“Problemlər illər əvvəl başlayıb. Bir günlə, bir oyunla heç nə dəyişmir. Biz hər oyun döyüşməliyik. Belə bir rüsvayçılıq xoşagələn deyil. İnsanlar düşünür ki, Yura milliyə gəldi, futbol dəyişəcək. Ancaq bu, belə deyil. Mən qəhrəman deyiləm, futbol komanda oyunudur. Burdakı atmosfer də əvvəlki kimi deyil”.

Ermənistan millisi Millətlər Liqasında öz meydanında Cəbəllütariqə 0:1 hesabıyla məğlub olub.(komanda.az)