Bu gün UEFA Millətlər Liqası çərçivəsində baş tutan Ermənistan - Cəbəllütariq oyununda xoşagəlməz hadisə yaşanıb.

Offsideplus.az xəbər verir ki, oyundan əvvəl himnlər səsləndirilərkən, Cəbəllütariq əvəzinə Lixtenşteynin dövlət himni səsləndirilib. Bunun ardınca dərhal səhv stadiondan tamaşaçılara elan edilib və rəqib komanda rəsmilərindən üzr istənilib.

Qeyd edək ki, oyun Cəbəllütariqin 1:0 hesablı qələbəsi ilə başa çatıb.