Azərbaycan millisinin yoxlama oyunlarındakı daha bir rəqibi bəlli olub. Offsideplus.az verir ki, yığmamız Makedoniya millisi ilə qarşılaşacaq.

Bu barədə AFFA və Makedoniya Futbol Federasiyası arasında ilkin razılıq əldə olunub. Razılaşmaya görə görüş martın 27-də baş tutacaq. Matç Türkiyənin Antalya şəhərində təşkil olunacaq.

Qeyd edək ki, yığmamız yanvarın 30-da Moldova ilə üz-üzə gələcək.