Azərbaycanın “Uğur” komandası UEFA Region Kubokunda ikinci oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, qitə miqyaslı yarışa AFFA-nın təşkil etdiyi Region Liqasının qalibi kimi qatılan Sumqayıt təmsilçisi qrup mərhələsinin 2-ci turunda İspaniyanın “Kastilya” komandası ilə qarşılaşıb. Azərbaycan çempionu bu oyundan da məğlubiyyətlə ayrılıb - 0:2.

Qeyd edək ki, 6-cı qrupda yer alan “Uğur” ilk turda Ukraynanın “Lvov” komandasına da 0:4 hesabı ilə məğlub olmuşdu.

Təmsilçimiz oktyabrın 8-də sonuncu tur çərçivəsində Finlandiyanın " Vest Distrikt Team” kollektivi ilə üz-üzə gələcək.