Ermənistan milli komandasının baş məşçi Vardan Minasyan istefa verib. 


Offsideplus.az-ın məlumatına görə, rəhbərlik bu istefanı qəbul edib. 

Qeyd edək ki, Minasyan milliyə aprelin 10-da baş məşqçi təyin olunmuşdu. Gənc mütəxəssisin ikinci rəhbərliyi dönəmində Ermənistan yığması UEFA Millətlər Liqasında Lixtenşteynə öz meydanında 2:1 hesabı ilə qalib gəlsə də, səfərdə Makedoniyaya uduzub - 0:2.