Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında V tura start veriləcək.

Offsideplus.az xəbər verir ki, iki günü əhatə edəcək turun açılış matçı "Bayıl Arena"da baş tutacaq. "Səbail" doğma meydanda Premyer Liqanın debütantı "Sabah"ı qəbul edəcək. Bu komandalar indiyədək heç bir rəsmi görüşdə qarşılaşmayıblar.

Günün ikinci matçında bir xalla sonuncu pillədə qərarlaşan "Zirə" turnir cədvəlinin ilk pilləsində yer alan "Neftçi" ilə münasibətlərə aydınlıq gətirəcək. Komandalar bu vaxta qədər çempionatda 12 dəfə üz-üzə gəliblər. Bu oyunlardan 8-də "Zirə", 1-də isə "Neftçi" qələbəyə sevinib. Üç görüş isə heç-heçə başa çatıb. Topların fərqində də qəsəbə təmsilçisi öndədir - 15:7. Flaqman son iki çempionat oyununda rəqibinə uduzmayıb.

Turun digər iki oyunu isə sabah keçiriləcək. 

Azərbaycan Premyer Liqası

V tur

22 sentyabr (şənbə)

“Səbail” – “Sabah”

Hakimlər: Rəvan Həmzəzadə, Nahid Əliyev, Cəmil Quliyev, Ramil Əhmədov

Hakim-inspektor: Rövşən Əhmədov

AFFA nümayəndəsi: Ramiz Abdullayev

“Bayıl Arena”, 18:30

“Zirə” – “Neftçi”

Hakimlər: Rauf Cabbarov, Namiq Hüseynov, Akif Əmirəli, Ömər Paşayev

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Şaiq Həmidov

“Dalğa Arena”, 20:30