Uruqvay yığmasının baş məşqçisi Oskar Tabares daha 4 il yığmaya rəhbərlik edəcək. 

Offsideplus.az xəbər verir ki, 71 yaşlı mütəxəssislə 2022-ci ilin sonuna qədər müqavilə imzalanıb. 

Qeyd edək ki, uruqvaylı məşqçi 2006-cı ildən komandanı çalışdırır. Yığma onun təhbərliyi altında 2011-ci ildə Amerika kubokunu qazanıb. Eyni zamanda Uruqvay millisi 2010, 2014 və 2018-ci illərdə keçirilən dünya çempionatının final mərhələsində iştirak edib.