Bu gün Misli Premyer Liqasında XXV tura start verilib.

Offsideplus.az xəbər verir ki, günün yeganə matçı Sumqayıtda baş tutub.

“Sumqayıt” öz meydanında “Kəpəz”i qəbul edib və 1:3 hesabı ilə uduzub.

Qeyd edək ki, sabah “Zirə” – “Turan Tovuz”, “Sabah” – “Araz-Naxçıvan”, martın 3-də isə “Qəbələ” – “Səbail” və “Neftçi” – “Qarabağ” görüşləri keçiriləcək.

Misli Premyer Liqası

XXV tur

1 mart

19:00. “Sumqayıt” – “Kəpəz” 1:3
Qollar:
İsa Suliman, 80. - Vüsal Məsimov, 20. Mate Kvirkviya, 62. Rüfət Əhmədov, 90+5

Baş hakim: Əliyar Ağayev

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu