"Qarabağ"ın futbolçusu Juninyo yayda Ağdam təmsilçisindən ayrıla bilər.

Offsideplus.az-ın əldə etdiyi xəbərə görə, 27 yaşlı forvardla "Panatinaikos" klubu maraqlanır. Belə ki, klub artıq oyunçunun agentləri ilə əlaqəyə keçib və müqavilənin şərtləri ilə maraqlanırlar.

Yunanıstan təmsilçisi yayda "Qarabağ"a müraciət edəcək.

Qeyd edək ki, Juninyonun "köhlən atlar"la müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.

İlkin Sultanlı