Azərbaycan Premyer Liqasında 4-cü tura yekun vurulub.

Offsideplus.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçirilib.

Premyer Liqamızın debütantı "Sabah" öz meydanında "Qəbələ"ni 1:0 hesabı ilə məğlub edib.

Günün digər matında isə "Nefçti" evdə "Keşlə" ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

16 sentyabr (bazar)

Azərbaycan Premyer Liqası

IV tur

19:00. "Sabah” - "Qəbələ” 1:0

Qol: Marko Deviç, 23
Hakimlər:
 Rauf Cabbarov, Elşən Acalov, Elşad Abdullayev, Rəvan Həmzəzadə
“Əlincə Arena”

 21:00. "Neftçi” - "Keşlə” 2:0
Qol: Anton Krivotsyuk, 88, Baqali Dabo, 90+4

Hakimlər: Ramil Diniyev, Knyaz Əmiraslanov, Elman Kərimov, İnqilab Məmmədov
"Bakcell Arena”