"Qarabağ" klubu ciddi itki ilə üzləşib.

Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisinin heyətində Kevin Medina uzun müddətə sıradan çıxıb. Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev saytımıza açıqlamasında müdafiəçinin 3 ay müddətinə yaşıl meydanlardan uzaq qalacağını açıqlayıb.

"Kevinin sağ budundakı tendom vətərində qopma var. Dünən MRT-dən keçdi, bu gün müayinənin cavabları çıxıb. Həkimlərin ilkin dəyərləndirməsinə görə, 3 aylıq sıradan çıxıb. Əməliyyat olunacaq. Yaşıl meydanlara nə vaxt qayıdacağı əməliyyatdan sonra bilinəcək", o qeyd edib.

Offsideplus.az